BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
37709

UEFA Çempionlar Liqasında iştirak etmək bir futbol klubu üçün son dərəcə gəlirli ola bilər.

Valyuta.az xəbər verir ki, ÇL Avropanın elit komandaları tərəfindən zirvə rəqabəti kimi qəbul edilir. Çünki güclü çıxışlar əlavə gəlirlər gətirə bilər. Xüsusən də komanda turnirin sonuncu mərhələlərinə çatarsa. Çempionlar Liqasında 2023/24 mövsümü üçün yarışın təşkilatçıları ümumi pul vəsaitinin ötən illə eyni - 2,03 milyard avro (1,74 milyard funt sterlinq/2,19 milyard dollar) olaraq qalacağını elan ediblər. Bəs ÇL-in 2023/24 mövsümündə qrup mərhələsi və pley-off matçlarının iştirakçıları üçün pul mükafatları nə qədərdir?

Ötən mövsüm ÇL-in qalibi olan “Mançester Siti” ümumilikdə turnir ərzində təxminən 80 milyon avro (68,4 milyon funt sterlinq/86,4 milyon dollar) pul mükafatı qazanmışdı. Bu dəfə qalibə maksimum 85,14 milyon avro ödənilə bilər. Lakin komanda maksimum gəliri qazanmaq istəyirsə, əvvəldən sona qədər mükəmməl iştirak etməlidir. 

Ümumiyyətlə, yarış iştirakçılarının pul mükafatı qazana bilməsi üçün bir neçə fərqli yol var. Ümumi mükafat fondunun ən böyük hissəsi - 55 faizi yarışdakı nəticələrə görə klublar arasında bölüşdürülür. Qalan 45 faizi qrup mərhələsinin 32 iştirakçısı arasında iki ayrı yolla bölünür. 

Beləliklə ÇL-in cari mövsümü üçün mükafat fondu aşağıdakı kimidir:

Qalib - 20 milyon avro (17,1 milyon funt sterlinq/21,6 milyon dollar)
İkinci yerin sahibi - 15,5 milyon avro 
Yarımfinalçılar - 12,5 milyon
1/4 finalçılar - 10,6 milyon avro
1/8 finalçılar - 9,6 milyon avro
Qrup mərhələsində qələbə - 2,8 milyon avro
Qrup mərhələsində heç-heçə - 930 min avro
Qrup mərhələsinə vəsiqə qazanmaq - 15,64 milyon avro (13,37 milyon funt sterlinq/16,89 milyon dollar)

Mükafat fondunun 30%-i (təxminən 600 milyon avro) Çempionlar Liqasının qrup mərhələsində iştirak edən 32 klubun 10 il ərzində Avropada göstərdiyi performansa əsasən ödənilir. Daha sonra klublar bu alqoritmə uyğun olaraq 1-dən 32-yə qədər sıralanır və mükafat onların ranqına əsasən səhmlər şəklində ödənilir. Bununla yanaşı Avrokuboklardakı çıxışlarına əsasən klublara bonus xalları verilir. Ən aşağı yer tutan komanda bir pay (1,137 milyon avro), ən yüksək pillənin sahibi isə 32 pay (36,38 milyon avro) qazanır.

Əlavə 300 milyon avro (ümumi fondun 15%-i) bütün qitədə yayım müqavilələrinə əsasən bu gəlirlərin bir hissəsi kimi təqdim olunur. UEFA Çempionlar Liqasında təmsil olunan ölkələr üzrə milli federasiya bu puldan hər bir televiziya bazarının proporsional dəyərinə görə payla təmin olunur. Daha sonra hər bir milli federasiya həmin pulu Çempionlar Liqasında iştirak edən klublara aşağıdakı əsaslarla bölüşdürür:

Milli federasiyaya ayrılan vəsaitin tam yarısı (50 faiz) UEFA tərəfindən müəyyənləşdirilmiş sabit faizlər əsasında həmin ölkənin Çempionlar Liqasında iştirak edən klubları arasında bölünür.

Qalan 50 faizi isə 2023/24 mövsümündə hər bir klubun keçirdiyi oyunların sayına proporsional olaraq ödənilir.

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir?

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

Azərbaycanda 2 min manatdan çox əmək haqqı alanlar bu sahələrdə işləyir

Avtobusdan istifadə edənlərin nəzərinə- Bu gündən...

Messi velosiped biznesinə başlayır

Ölkəmiz oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib

Agentlik yeni il tədbiri üçün 60 min manat ayırdı

Avro bahalaşdı - Məzənnə

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin