Dünya Bankı Ukraynaya Yaponiyanın zəmanəti ilə kredit ayırdı
Cümə axşamı Dünya Bankının (DB) Direktorlar Şurası Yaponiya hökumətinin zəmanəti ilə Ukraynaya 1,2 milyard dollar məbləğində kreditin təsdiq edilməsi barədə qərar qəbul edib.
Valyuta.az xəbər verir ki, bu barədə TASS DB-nin mətbuat xidmətinə istinadən yazıb.
Sənədə əsasən, bu vəsait sosial sahədə İnklüzivlik, Dayanıqlıq və Səmərəlilik üçün Sosial Müdafiəyə İnvestisiya (INSPIRE) layihəsi çərçivəsində “Ukraynanın ən həssas əhalisi”nin müdafiəsi üçün 29 sosial yardım proqramının dəstəklənməsinə yönəldiləcək.
Bank qeyd edir ki, 1,2 milyard dollarlıq kredit Yaponiya hökumətinin “Avancing Needed Credit Enhancement for Ukraine” (ADVANCE Ukraine) trast fondunun zəmanəti ilə verilir və 2024-cü ildə Ukraynanın maliyyə ehtiyaclarını ödəməyə yönəlmiş beynəlxalq dəstəyin bir hissəsidir.
O da məlum olub ki, noyabr ayında Ukrayna altı ay ərzində minimum xarici maliyyə vəsaiti alıb. Noyabrda Ukrayna dövlət büdcəsinə xaricdən iki milyard dollara yaxın vəsait daxil olub. Ayrıca Avropa İttifaqı (Aİ) tərəfindən 1,6 milyard dollar məbləğində yardım göstərilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay