Çinin iqtisadi artımında gözlənilməz azalma qeydə alınıb
Çinin Dövlət Statistika İdarəsi (NSO) noyabr ayında ölkənin istehsal sənayesinin satınalma menecerləri indeksində (PMI) gözlənilməz enişlə 49,5-dən 49,4 bəndinə düşdüyünü, iyun ayından bəri ən aşağı səviyyə olduğunu bildirib.
Valyuta.az xəbər verir ki, bu barədə “İnterfaks” yazır.
Qeyd olunur ki, bundan əvvəl bu göstəricinin 49,7, hətta 49,8 bəndədək yüksələcəyi proqnozlaşdırılırdı. PMI göstəricisinin 50 baldan aşağı olması Çinin sənaye sektorunda aktivliyin zəiflədiyini göstərir. Eyni zamanda, xidmətlər sektorunda PMI da azalıb - 50,6-dan 50,2 bəndədək, bu, on bir ayda minimum idi. İxrac satış subindeksi də 49,1 bənddən 46,8 bəndədək azalıb. Eyni zamanda, xidmətlər sektorunda nikbinlik göstəricisi son 5 ayın ən yüksək səviyyəsinə yüksələrək 59,8-ə çatıb.
Eyni zamanda, noyabrda indeksdə konsolidasiya edilmiş azalma 50,4 bənd təşkil edib və 2022-ci ilin dekabrından bəri ən pis olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay