100 min ton Rusiya gübrəsi Avropa limanlarında blokadada qalıb
96 min tondan çox Rusiya gübrəsi hələ də Avropa limanlarında blokadadır.
Valyuta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının imyəvi Silahların Qadağan edilməsi Təşkilatı daimi nümayəndəsinin müavini Azər Cioyev təşkilata üzv dövlətlərin konfransında çıxışı zamanı bildirib.
Rəsmi aydınlaşdırıb ki, Rusiya gübrəsi Latviya, Estoniya, Belçika və Niderland limanlarında qalıb. Cioyev xatırladıb ki, Rusiya hələ də bu gübrələri pulsuz çatdırmağa və ehtiyacı olan Afrika ölkələrinə köçürməyə hazırdır.
Onun sözlərinə görə, Kimyəvi Silahlar Konvensiyasının müddəaları elə həyata keçirilməlidir ki, dövlətlərin iqtisadi və texnoloji inkişafına müdaxilədən və kimyəvi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlığa, o cümlədən elmi və kimyəvi maddələr mübadiləsinə yol verilsin:
"Eyni zamanda, Birləşmiş Ştatlar və müttəfiqləri kimya sənayesi də daxil olmaqla, bəyənmədikləri dövlətlərə qarşı qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq etməkdə davam edirlər".
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay