Məktəblər qızılcaya görə bağlanır? - Rəsmi cavab
Bakıda orta məktəbdə təhsil alan şagirdlərdən biri qızılca xəstəliyindən dünyasını dəyişib.
Bu barədə 195 saylı məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkə hesabında yazıb.
Bir neçə gün əvvəl isə Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı həyatını itirib.
Ölkədə qızılca xəstəliyi ilə bağlı uşaq ölümlərini nəzərə alsaq orta məktəblərin distant təhsilə keçməsi və ya müvəqqəti bağlanması ehtimalı gündəmə gəlib. Bununla əlaqədar Elm və Təhsil Nazirliyinə müraciət etdik.
Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirdi ki, şagirdlərin həqiqətən qızılca xəstəliyindən dünyasını dəyişməsi ilə bağlı rəsmi qurumlar açıqlama verməlidir: "Çünki tədqiqatlar nəticəsində uşaqların nədən vəfat etməsini müəyyən etmək mümkündür. Bu məsələdə qətiyyən tələsmək olmaz. Mətbuat şagirdlərin qızılcadan dünyasını dəyişdiyini yazır, lakin burada TƏBİB-in dəqiq açıqlama verməsi doğru olardı.
Uşaqların hər hansı məktəbdə kütləvi qızılca xəstəliyinə yoluxması ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-dən məlumat gələrsə, həmin təhsil ocağı distant təhsilə keçəcək".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay