Bu ölkə suya qənaət etmək üçün fövqəladə iş rejiminə keçir
Özbəkistanda gələn il suya qənaət etmək üçün fövqəladə iş rejiminə keçid dövrü başlayacaq.
Valyuta.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu barədə su ehtiyatlarından səmərəli istifadə tədbirləri ilə bağlı keçirilən müşavirədə deyib.
Prezidentin sözlərinə görə, Özbəkistanda daxili mənbələr suya olan tələbatın cəmi 20 faizini təmin edir. İqlim dəyişikliyi və transsərhəd çayların idarə edilməsində çətinliklər səbəbindən 2030-cu ilədək respublikada illik su çatışmazlığının 15 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.
Su istehlakının 90 faizi kənd təsərrüfatının payına düşür, ki, onların da xeyli hissəsi səmərəsiz istifadə olunur. Gillə örtülmüş suvarma sistemlərində illik su itkisi 14 milyard kubmetr və ya ümumi istehlakın 36 faizini təşkil edir. Habelə 175 min hektar əkin sahəsi kifayət qədər suvarılmır ki, bu da iqtisadiyyata 5 milyard dollar zərər vurur.
2024-cü ildə görüləcək işlər arasında kanalların və arxların betonlanması, suya qənaət edən texnologiyaların tətbiqi və suyun çatdırılması xərclərini azaltması prioritet təşkil edəcək.
© Azərtac
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay