BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
37531

Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlar üçün bir sıra qadağalar və məhdudiyyətlər nəzərdə tutan nəzarətli qalma rejimi tətbiq etməyi təklif edir. 

Miqrantların həyatını çətinləşdirəcək yeni qanun layihəsinə onların avtomobil idarə etməsi, sürücülük vəsiqəsi alması və pul köçürməsinə aid qadağalar daxil edilib. 

Nəzarətli qalma rejiminin Rusiyada qalmaq üçün qanuni hüququ olmayan miqrantlara tətbiq edilməsi təklif edilir, onların müvafiq reyestrə daxil edilməsi planlaşdırılır.

Reyestrə daxil edilmiş miqrantlar hüquqi şəxs və fərdi sahibkar kimi dövlət qeydiyyatından keçə, daşınmaz əmlakın qeydiyyatını apara, avtomobil ala, avtomobilini qeydiyyata sala və ya mülkiyyət hüququnu başqalarına verə bilməyəcək.

Valyuta.az-a açıqlamasında “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platforması Koalisiyasının rəhbəri Azər Allahverənov deyir ki, sözügedən qanun layihəsi miqrant axınının qarşısını almağa hesablanıb:

“Rusiya uzun müddətdir qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində ciddi qaydalar tətbiq edir ki, ölkədəki qeyri-qauni miqrantların sayı azalsın. Son il yarım-iki il ərzində isə Rusiyada miqrasiya sahəsində tamamilə yeni mənzərə yaranmağa başlayıb. Müharibədən yayınmaq istəyən Rusiya vətəndaşları ölkəni kütləvi tərk edir. 

Nəticədə çoxsaylı iş yerləri yarandı. Bu fonda da Rusiyaya gedən miqrantların sayında artım müşahidə edildi. Nəticə etibarı ilə ölkənin Daxili İşlər Nazirliyi, Dumada təmsil olunan “Ədalətli “Rusiya” partiyası miqrasiyanı sərtləşdirən yeni qanunlarla çıxış etməyə başladılar. DİN tərəfindən irəli sürülən son qanun layihəsi qeyri-qanuni miqrantların həyatını çətinləşdirəcək. Həmin miqrantlara maşın idarə etmək, sürücülük vəsiqəsi almaq, pul köçürməsini həyata keçirmək qadağan ediləcək. Rusiyanın bir sıra əyalərlərində 2024-cü ildən başlayaraq, hətta qanuni əsaslarla yaşayan miqrantlarla bağlı da bir sıra qadağalar tətbiq olunacaq. Bu qanun əlində əmək patenti olan əcnəbilərə də tətbiq olunacaq. Qanunun müəllifi olanlar iddia edir ki, miqrantların əmək haqqları az qala yerli əhalinin əmək haqqına bərabər olur ki, bu da onlara görə yolverilməzdir. 

Yəni rentabellik baxımından bu onlara sərf etmir deyə miqrant axınının qarşısını almağa çalışırlar”. 

Həmsöhbətimiz qeyd edir ki, Rusiya ictimai təhlükəsizliyin təmin edilməsi baxımından bu qanunun qəbulunu vacib hesab edir:

“Qeyri-qanuni miqrantlarla bağlı məlumatlar xüsusi dövlət reyestrinə salınacaq ki, onlarla hər hansı bir müqavilələrin bağlanması mümkün olmasın. Bu addımlar fonunda həmin kateqoriyadan olan insanlar hüquqi şəxs və yaxud sahibkar fəaliyyətlərilə məşğul ola bilməyəcək. Onlar öz mülkiyyətlərini də qeydiyyata ala bilməz. Rejimə düşən qeyri-qanuni miqrantlar hətta nikah da bağlaya bilməyəcəklər. Bunun nəticəsində Rusiyada işləyən milyonlarla miqrantın həyatı dözümsüz olacaq. Həmin qanunla üzləşənlər ölkə ərazisini tərk etmək məcburiyyətində qalacaq. Bəzi iqtisadi sahədə çalışan əcnəbilərin sayı kifayət qədər yüksəkdir. Təklif olunur ki, həmin sahədə çalışan əcnəbilərin 5 faizdən yuxarı olmasın”. 

Həmsöhbətimiz bildirir ki, proses eyni qaydada azərbaycanlı miqrantlara da təsir edəcək:

“Qeyri-qanuni miqrant qismində yaşayan və ya vaxtları bitmək üzrə olan soydaşlarımız üçün bu fonda Rusiyada qalmaq olduqca çətin olacaq. Bu da müəyyən mənada geriyə axına səbəb olacaq. Düzdür, orada qeyri-qanuni əsasla yaşayan soydaşlarımızın sayı elə də çox deyil”. 

Ramiz
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Agentlik 14 ədəd avtomobil alır - Biri 40 min manata

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı®

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Əli Əsədov yeni qərar imzaladı

İşdən çıxarılan direktor məhkəmə qərarı ilə vəzifəsinə qayıtdı

Tarixin ən böyük üçüncü cekpotu uduldu - 177 MİLYON

MDB-də ən az tələbə Azərbaycandadır - Siyahı

Daha sadə Vergi Məcəlləsi hazırlanır

35 yaşlı vəkilə parlamentdə vəzifə verildi

Nazirlər Kabineti işçilərinin xərcləri ilə bağlı QƏRAR

“Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti®

“Enginet” ləğv edilir - Bu şirkətə birləşir

Əmək haqqı kreditləri üzrə standartlarda yumşalma davam edəcək - RƏSMİ

Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq

Fitch Solutions: Neftin qiyməti gələn il 78 dollara enəcək

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz verilə biləcək

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İşə qəbulda bu şəxslərə sınaq müddəti lazım olmayacaq

Onlar işdən çıxarkən birdəfəlik müavinət alacaq

Nazir BMT-nin azərbaycanlı koordinatoruna vəzifə verdi (FOTO)

İcbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələri təmin ediləcək

Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq

Bələdiyyələr qrant ala biləcək

Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir

“İnvestAz” Korporativ İdarəetməsini təkmilləşdirir - İH-də yeni üzvlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin