BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
37494

ABŞ-ın aparıcı qəzetlərindən olan "New York Times" (NYT) Çinli zənginlərin ölkənin iqtisadi və siyasi gələcəyindən narahat olaraq investisiyalarını xaricə köçürdüklərini yazıb.

Valyuta.az xəbər verir ki, Yaponiyada yerləşən onlayn daşınmaz əmlak platforması "Shenjumiaosuan"ın meneceri Zao Ji paytaxt Tokioda dəyəri üç milyon dollar və ya daha çox olan dəbdəbəli mənzillərin əksəriyyətinin zəngin Çinlilər tərəfindən alındığını bildirib. İnvestorların bu məbləğləri nağd pulla dolu çamadanlarla ödədiklərini ifadə edən Ji, pandemiyadan əvvəlki dövrdə Çinlilərin ümumilikdə 300 min dollar və daha aşağı qiymətə studiya mənzillərə üstünlük verdiyinə diqqət yönəldib.

"New York Times"in paylaşdığı rəqəmlərə görə, Çindəki zəngin ailələr və özəl sektor şirkətləri bu il hər ay xaricə təxminən 50 milyard dollar sərmayə qoyub. Digər tərəfdən xəbərdə Pekin rəhbərliyinin xaricdə otel və ya ofis binası alınması kimi sərmayələrə icazə vermədiyi, bu səbəbdən zənginlərin müxtəlif üsullarla xarici ölkələrə pul köçürdüyü qeyd olunub. Bu üsullardan biri də külçə qızıl alıb xaricə göndərməkdir. Xəbərdə külçə qızıla tələbatın artması ilə əlaqədar Çində banklar arasında qızıl satış rəqabətinin başladığı da qeyd edilib.

İstifadə olunan digər üsul Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsindəki banklarda hesablar açmaq və onlar vasitəsilə xaricdə müxtəlif sığorta məhsullarına investisiya qoymaqdır. Honq Konq administrasiyasının məlumatlarına görə, bu ilin birinci yarısında 2019-cu ilin eyni dövrü ilə müqayisədə Çindən olan investorlara satılan sığorta kağızlarında 21,3 faiz artım olub. Ekspertlər Çindən xaricə sürətli pul axınının ölkənin 17 trilyon dollarlıq iqtisadiyyatı üçün yaxın perspektivdə risk yaratmadığını bildiriblər.

Bununla belə, xaricə intensiv pul axınının davam etməsinin Çində uzunmüddətli perspektivdə maliyyə problemlərinə səbəb ola biləcəyinə diqqət çəkib. Xəbərdə 2015-ci ildə Çində birjanın çökməsindən sonra ölkədən külli miqdarda pul çıxarıldığı, Çin Mərkəzi Bankının valyuta ehtiyatlarından hər ay 100 milyard dollara yaxın vəsait xərclədiyi xatırladılıb. 

Sentyabrda yuan ABŞ dolları qarşısında son 16 ilin ən aşağı səviyyəsinə düşüb.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı®

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Əli Əsədov yeni qərar imzaladı

İşdən çıxarılan direktor məhkəmə qərarı ilə vəzifəsinə qayıtdı

Tarixin ən böyük üçüncü cekpotu uduldu - 177 MİLYON

MDB-də ən az tələbə Azərbaycandadır - Siyahı

Daha sadə Vergi Məcəlləsi hazırlanır

35 yaşlı vəkilə parlamentdə vəzifə verildi

Nazirlər Kabineti işçilərinin xərcləri ilə bağlı QƏRAR

“Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti®

“Enginet” ləğv edilir - Bu şirkətə birləşir

Əmək haqqı kreditləri üzrə standartlarda yumşalma davam edəcək - RƏSMİ

Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq

Fitch Solutions: Neftin qiyməti gələn il 78 dollara enəcək

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz verilə biləcək

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İşə qəbulda bu şəxslərə sınaq müddəti lazım olmayacaq

Onlar işdən çıxarkən birdəfəlik müavinət alacaq

Nazir BMT-nin azərbaycanlı koordinatoruna vəzifə verdi (FOTO)

İcbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələri təmin ediləcək

Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq

Bələdiyyələr qrant ala biləcək

Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir

“İnvestAz” Korporativ İdarəetməsini təkmilləşdirir - İH-də yeni üzvlər

İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağı müəyyənləşir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin