AMB: İri sahibkarlara verilən biznes kreditləri üzrə tələb azalacaq
2023-cü ilin III rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalmanın azaldığı müşahidə olunmuşdur. Yumşalmada azalma hər 3 biznes subyekti üzrə müşahidə edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın keçirdiyi “Kreditləşmə Fəaliyyətinə Dair Sorğunun Nəticələri”ndə bildirilib.
Bildirilir ki, KOS subyektlərinə və mikro sahibkarlıq subyektlərinə verilən kreditlər üzə strandartlarda yumşalma azalmış, iri sahibkarlıq subyektlərinə verilən kreditlərin standartlarında isə sərtləşmə müşahidə edilmişdir. Sorğuya əsasən banklar növbəti rübdə ümumi biznes kreditlər üzrə standartlarda yumşalmanın daha da azalacağını, iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartların daha da sərtləşəcəyini proqnoz edirlər.
Sorğunun nəticələrinə əsasən, bank sektorunda biznes kreditlərinə tələb II rüb ilə müqayisədə azalsa da, müsbət zonada qalmışdır. MKOS subyektləri üzrə tələb, iri sahibkarlıq subyektləri ilə müqayisədə yüksək olmuşdur. Banklar 2023-cü ilin IV rübündə iri sahibkarlıq subyektlərinə verilən biznes kreditləri üzrə tələbin azalacağı, MKOS subyektləri üzrə kredit tələbinin artacağı qənaətindədirlər.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay