Fərid Osmanov: Mobil bank ödənişlərində kəskin artım var
Mobil bank həllərindən istifadənin həm sayında, həm də ödənişlərin həcmində 2 dəfə artım müşahidə edilir.
Valyuta.az xəbər verir ki, bu barədə VİSA ilə Mərkəzi Bankın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMB-nin baş direktoru Fərid Osmanov deyib.
O bildirib ki, bu ilin ilk on ayında nağdsız ödənişlərin həcmi 2 dəfə artıb. Bank kartlarının ödənişlərdə çəkisi 55%-ə çatıb.
“Bu onu göstərir ki, gündəlik ödənişlərdə nağdsız ödənişlərin həcmi kəskin artır. Bu da özü ilə riskləri formalaşdırır. Həssas ödəniş məlumatlarının ələ keçirilməsi və dələduzluq halları yaradır. Azərbaycan Mərkəzi Bankının VİSA ilə birgə təşkil etdiyi ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı təlim də bu sahədə maariflənmənin artmasına yönəlib” - Fərid Osmanov əlavə edib.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay