BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
37444

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib.

Valyuta.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir Səbuhi Məmmədov çıxış edərək bildirib ki, 2024-cü il üçün Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 173 105 000 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin təsdiq olunmuş büdcə gəlirləri ilə müqayisədə 20 883 000 manat və ya 13,7 faiz çoxdur.

2024-cü ildə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlir və xərclərini tənzimləmək üçün Azərbaycan Respublikası dövlət büdcəsindən 343 260 000 manat dotasiya ayrılması nəzərdə tutulur. Dotasiya büdcə xərclərinin 66,5 faizini təşkil etməklə 2023-cü ilin büdcəsi ilə müqayisədə 109 531 000 manat və ya 24,2 faiz az nəzərdə tutulur. 2024-cü ildə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 516 365 000 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin büdcəsi ilə müqayisədə 88 648 000 manat və ya 14,7 faiz azdır. İqtisadi təsnifata uyğun olaraq 2024-cü il Naxçıvan Muxtar Respublikası dövlət büdcəsində əməyin ödənişinə 328 080 074 manat və ya xərclərin 63,5 faizi həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 82 498 379 manat və ya xərclərin 16 faizi həcmində, subsidiyaların ödənilməsinə 32 306 544 manat və ya xərclərin 6,3 faizi həcmində, qrantlar və digər ödənişlərə 9 969 756 manat və ya xərclərin 1,9 faizi həcmində, sosial ödənişlərə 5 838197 manat və ya xərclərin 1,1 faizi həcmində, qeyri-maliyyə aktivlərinin alınmasına 57 672 050 manat və ya xərclərin 11,2 faizi həcmində vəsait proqnozlaşdırılır.

Sonra Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini-nazir vəzifələrini müvəqqəti icra edən Həsən İsmayılovun, iqtisadiyyat naziri Tapdıq Əliyevin, Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılovun, əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilovun müzakirə ətrafında çıxışları dinlənilib.

© FED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin