Dünya
28.11.2023 / 21:23
Norveç qaz bazarındakı böhrandan 28,6 milyard avro qazanıb
37438
Ukraynadakı münaqişə ilə əlaqədar təbii qaz bazarındakı vəziyyətdən istifadə edən Norveç 2022-ci ildə təxminən 28,6 milyard avro qazanıb.
Valyuta.az xəbər verir ki, bu barədə NRK telekanalı Norveç Ticarət İnstitutunun tədqiqatçılarının sənədinə istinadən məlumat yayıb.
Sənəddə deyilir ki, Ukraynada münaqişənin başlanmasından sonrakı dövr Rusiyadan təbii qazın nəqlində fasilələr, qiymətlərin artması və Norveç yanacağının ixracından rekord gəlir əldə etməsi ilə səciyyələnir.
Tədqiqatın müəllifləri iddia edirlər ki, Ukraynadakı münaqişə Norveç qaz ixracatçılarının gəlirlərini təxminən 27% artırıb.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay