Bank
28.11.2023 / 17:54
Bağlanan bankın sabiq filial müdiri lizinq şirkəti təsis edib
37437
Azərbaycanda yeni lizinq şirkəti təsis edilib.
Valyuta.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən “AMB LİZİNQ” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.
Lizinq şirkəti Bakı şəhəri Binəqədi rayonu, Cavad Xan, ev 2, m. 53 ünvanında dövlət qeydiyyatına alınıb və onun nizamnamə kapitalı 100 manatdır.
“AMB Lizinq” MMC-nin qanuni təmsilçisi Bakıxan Mürsəlov Məsim oğludur. Bakıxan Mürsəlov lisenziyası ləğv edilmiş “MuğanBank” ASC-nin sabiq “Mərkəz” filalının rəhbəridir.
© Banker
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay