"Qazprom": "Rusiya dünyanın üç ən böyük LNG istehsalçısından biri ola bilər"
"Qazprom" bildirib ki, Rusiya Federasiyası mayeləşdirilmiş təbii qazın (LNG) ən böyük qlobal istehsalçıları üçlüyünə daxil ola bilər.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin direktorlar şurasının dünyada şist qazı və LNG sənayesinin perspektivləri ilə bağlı keçirilən iclasının yekunları üzrə müvafiq bəyanat verilib.
"Gələcəkdə LNG istehsalında əhəmiyyətli artım gözlənilir, xüsusən də ABŞ, Qətər və Rusiyada. Avstraliyada isə azalma proqnozlaşdırılır", deyə şirkətdən bildirilib.
Qeyhd edilib ki, “Qazprom” Rusiya LNG sənayesinin inkişafına mühüm töhfə verəcək.
"Nəticədə Rusiya dünyanın üç ən böyük LNG istehsalçısından birinə çevrilə bilər", deyə "Qazprom" əlavə edib.
Şirkət həmçinin bildirib ki, mayeləşdirilmiş təbii qazın qlobal ticarətinin həcmi bu ilin üç rübü ərzində 2% artıb. Eyni zamanda, sənaye ekspertlərinin fikrincə, ötən il qlobal LNG ticarətinin həcmi 2021-ci illə müqayisədə 4% artıb.
“2023-cü ilin üç rübündə artım yavaşlayıb və 2022-ci ilin eyni dövrü ilə müqayisədə cəmi 2% təşkil edib”, deyə “Qazprom” qeyd edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay