ABŞ sakini bu səhvə görə lotoreyada 390 min dollar uddu
ABŞ-da yaşayan 60 yaşlı Mixael Sopeystal lotoreya bileti satıcısının səhvi sayəsində 390 min dollar mükafat qazanıb.
Valyuta.az xəbər verir ki, "Miçiqan Lotereyası"nın məlumatına görə, nəticəsi uğurlu olan səhvə sentyabrın 17-də yol verilib. Miçiqanda restorana ayda bir neçə dəfə baş çəkən İllinoys ştatının sakini hər dəfə yanacaqdoldurma məntəqəsindən 10 və ya 20 ədəd bilet alırdı. Sonuncu dəfə Sopeystal 10 tiraj üçün etibarlı bir xəttli bilet istəsə də ona səhvən 10 xəttli bilet verilib. Onları almaqdan vaz keçməyən şəxs açıqlamasında, “Bir səhər biletimi yoxladım və gördüm ki, hər il veriləcək 25 min dollar bonusa haqqım var. Dərhal düşünməyə başladım ki, bu pulla nə edə bilərəm və onu birdəfəlik, yoxsa illik almaq daha yaxşıdır" - ifadələrini işlədib.
O daha sonra uduşunu almaq üçün lotereya mərkəzinə gedib və ildə 25 min dollar əvəzinə 390 min dollarlıq birdəfəlik ödəməyə üstünlük verib.
ABŞ-da "Lucky for Life" adlı lotoreya 23 ştatda, eləcə də paytaxt Vaşinqtonda oynanılır. Paylanmış mükafatlar, hər gün üç dollardan 1000-ə qədər yüksəlir. "Luck for Life" tərəfindən hər oyunda dərc olunan uduş əmsallarına görə, Sopeystalın həmin gün bu cekpotu qazanma ehtimalı 1,8 milyonda bir faizə bərabər idi.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay