Türkiyədə qaz qovşağının yol xəritəsi ilin sonuna kimi razılaşdırıla bilər - Mənbə
Türkiyədə qaz qovşağının yaradılması üçün yol xəritəsi Türkiyə nümayəndə heyətinin Rusiyaya səfərindən sonra, 2023-cü ilin sonuna kimi razılaşdırıla bilər.
Valyuta.az xəbər verir ki, bu barədə TASS-a Türkiyənin enerji dairələrindəki mənbə ötən həftənin sonunda Ankarada keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın nəticələrini şərh edərkən bildirib.
"Ankarada aparılan danışıqların nəticələrinə əsasən, mərkəzin yaradılması layihəsinin yol xəritəsi üzərində iş planlaşdırıldığı kimi davam edir. Onun təsdiqini bu ilin sonuna qədər Sankt-Peterburqda Türkiyənin Energetika Nazirliyinin nümayəndə heyəti ilə Botaş şirkəti arasında keçirilən görüşdən sonra gözləmək olar”, - mənbə bildirib.
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak danışıqlardan sonra bildirib ki, yol xəritəsi razılaşdırılır və Türkiyə nümayəndə heyəti “Qazprom”un bu sahədəki fikirləri ilə tanış olmaq üçün yaxın vaxtlarda Sankt-Peterburqa gələ bilər.
2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyə ərazisində “Şimal axını” qaz kəməri ilə itirilmiş tranzit həcmini yönləndirmək mümkün olacaq qovşağın yaradılması ideyasını irəli sürüb. Türkiyə hakimiyyəti bildirir ki, ölkədə infrastruktur baxımından bu layihənin həyata keçirilməsi üçün demək olar ki, hər şey hazırdır, lakin qanunvericiliyə dəyişiklik etmək lazımdır. İlk qanunvericilik qərarları aprelin əvvəlində qəbul edilib və Türkiyənin neft-qaz şirkəti Botaş və digər təchizatçıların fəaliyyətinə aid olub.
Sentyabrın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Soçidə danışan Putin deyib ki, “Qazprom” qaz qovşağı layihəsinin həyata keçirilməsi üçün yol xəritəsi layihəsini Botaşa təhvil verib. O qeyd edib ki, birgə işçi qrupunun yaradılması gündəmdədir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay