BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
37227

Bir neçə gün əvvəl Prezident İlham Əliyev “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanunu təsdiqləyib.

Qanunla Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə veriləcək. Bəs bu qanunun qüvvəyə minməsindən sonra ərazidə yaşayan əhalini hansı dəyişikliklər gözləyir?

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun qüvvəyə minməmişdən əvvəl də qeyd olunan ərazilərdə yaşayan əhalinin sosial təminatı, kommunal və digər xidmətləri Sumqayıt şəhərində fəaliyyət göstərən müvafiq dövlət idarələri tərəfindən həyata keçirilib: “Lakin bu ərazilər Binəqədi və Abşeron ərazisinə aid idi. Qanun layihəsinin qəbulundan sonra bu ərazilər artıq rəsmən Sumqayıta aiddir. Eyni zamanda, xidmət sahələri də əvvəlki kimi Sumqayıtla bağlı olacaq”.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib ki, Binəqədi və Abşeron rayonlarından hektarlarla ərazilərin Sumqayıt şəhərinə verilməsinin müəyyən əsasları var: “Sumqayıtın iqtisadi şəhər kimi bərpa edilməsi planları mövcuddur və bu istiqamətdə ciddi addımlar atılır. Həmin ərazilərdə yaşayan insanlar üçün xüsusi dəyişikliklər gözlənilmir. Oradakı məktəblər, poliklinikalar yenə də fəaliyyət göstərəcəklər. Həmin ərazidə formalaşan bələdiyyələrdə də heç bir dəyişiklik olmayacaq. Çünki Abşeron və Binəqədi rayonları ərazisində torpaqların oradakı bələdiyyələrə verilmə prosesi başa çatmayıb. 20 ildən artıqdır ki, bu proses davam edir və nə zaman bitəcəyi bilinmir. Bunun üçün ciddi bir problem olmayacaq. Orada əhalinin məskunlaşması məsələsi varsa, güman edirəm ki, proseslərdən sonra mənzillərin, fərdi evlərin çıxarış məsələsi sürətlənəcək. Çünki Sumqayıt şəhərində sənədsiz mənzillərə sahib əhalinin evlərinin sənədləşdirilməsində problem yoxdur. Ona görə ki, orada bələdiyyələrin mülkiyyətinə torpaq verilib. Binəqədi ərazisində isə bu qeyri-mümkün idi. Bakı ərazisində bələdiyyələrin mülkiyyətinə bir santimetrdə olsa torpaq verilməyib”.

Ekspert vurğulayıb ki, mərkəzi icra orqanları regional idarəetməyə keçid etdiyindən hər hansı bir problemin olması gözlənilmir: “Sumqayıta verilən ərazilərdə yaşayan əhali üçün heç bir dəyişiklik olmayacaq. Arzu edərdim ki, gələcəkdə bu cür qarışıqlıq olan ərazilərin məsələsi də öz həllini tapsın. Bu gün Bakının Sabunçu, Suraxanı, Xəzər, Binəqədi və Qaradağ rayonlarının inzibati əraziləri dolaşıqdır. Təsəvvür edin ki, Binə qəsəbəsində 155 mindən çox əhali yaşayır. Bu ərazilərdə yaşayan sakinlər - Xəzər, Suraxanı və ya Abşeron rayonuna müraciət etmək üzrə bölünür. Yəni əhali bir ərazidə yaşayır, amma üç rayon baxır. Yaxud, bir qəsəbənin üç rayona tabeliyi var. Vaxtilə ciddi problem yaradan məmurların sayəsində bu rayonlarda sərhədin müəyyənləşdirilməsi mümkün olmayıb. İnzibati ərazilərdəki sərhəd bölgüsünün dəqiqləşdirilməsi, ərazilərdəki sənədsiz mənzillərin sənədləşdirilməsi prosesi başa çatdırılmalıdır. Bu baxımdan, Sumqayıtla bağlı son addım müsbət haldır”.

Milli Məclisin deputatı Kamran Bayramovun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı qanunun əsas məqsədi Sumqayıtın sosial-iqtisadi inkişafının təmin edilməsidir:

“Eyni zamanda, orada yaşayan vətəndaşların rifahının yaxşılaşdırılması, yaşadıqları ərazinin abadlaşdırılması da bu məqsədlərə daxildir. Sumqayıt böyük şəhərdir. Təbii ki, orada yaşayan insanların şəhər sakinləri kimi statusu olacaq. Bu, müvafiq layihələrin həyata keçirilməsi üçün əlverişlidir. Bildiyiniz kimi, son zamanlar ölkədə böyük infrastruktur layihələri həyata keçirilir. Sumqayıtda da islahatlar, quruculuq işləri aparılıb. Bu yaxınlarda dövlət başçısı da orada açılışlara qatıldı. Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsi yaxşı təcrübədir və ərazisinin genişlənməsi oranın iqtisadi inkişafına xidmət edəcək”. 

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Neftimizin qiyməti 68 dollara düşüb

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə - SİYAHI

Bir CEO hər şeyi dəyişə bilər?

Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?

Rubl və avro ucuzlaşdı - Günün məzənnəsi

Bakıda mənzil qiymətinə qarajlar satılır - 85 min manat

Kriptovalyuta bazarında yüksəliş müşahidə olunur

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin