Bank
23.11.2023 / 12:46
Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi ilk dəfə 2%-dən aşağı düşüb
37057
Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 440,4 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 15,3 % azdır.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 25,8 %, son 1 ildə isə 31,8 % azalıb.
Bu il oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət sentyabrın sonuna 2,3 %, ötən ilin sonuna 2,9 %, ötən il oktyabrın sonuna isə 3,2 % olub.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay