Trotsenko ABŞ sanksiyalarına görə Ermənistan zavodundakı payını satıb
"Ermənistanın Zəngəzur Mis-Molibden Kombinatı və onun səhmdarları heç bir qurumun sanksiya siyahısına daxil edilməyib".
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Qeyd olunur ki, 27 oktyabr 2023-cü il tarixindən etibarən Qleb Trotsenko bütün payını satdığı üçün artıq şirkətin real benefisiarı deyil. Hazırda onunla şirkət arasında heç bir münasibət yoxdur: "Şirkətə qarşı heç bir beynəlxalq sanksiyalar tətbiq edilmir.
Noyabrın 2-də məlum olub ki, ABŞ "GeoProMining"in sahibi Roman Trotsenkoya (Qleb Trotsenkonun atası-red.), həmçinin Trotsenko ailəsinin istifadə etdiyi şəxsi aktivlərə və investisiya alətlərinə qarşı sanksiyalar tətbiq edib.
Xatırladaq ki, 2021-ci ilin oktyabrında məlum olmuşdu ki, Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 60%-i Rusiyanın “GeoPromining” şirkəti (sahibi Qleb Trotsenko) tərəfindən alınıb. Şirkət satın alınan payın 25%-ni (yəni ümumi payın 15%-ni) Ermənistan hökumətinə verib.
2023-cü ilin üçüncü rübündə zavod Ermənistanın əsas vergi ödəyiciləri siyahısında birinci olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay