8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 8 KOB subyektinə onları innovativ layihələrindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib.
Valyuta.az-ın KOBİA-ya istinadən verdiyi məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 118-ə çatıb.
“Startap” şəhadətnamələri "Smartpost" MMC-nin ağıllı poçt qutularının istehsalı və istismarı, fiziki şəxs Davud İbrahimlinin onlayn mağazası (marketpleys), "Snackpack" MMC-nin “Axşam bazarı” mobil tətbiqi, “Helind Enerji” MMC-nin telemetrik və enerji sistemləri üçün data loqer cihazının istehsalı və satışı, "Vvegros Azerbaijan" MMC-nin icma əsaslı onlayn alış-veriş platforması, fiziki şəxs Malik Sultanovun kənd təsərrüfatı üçün torpaqda nəm tutucu materialın istehsalı və satışı, "Bonpara” MMC-nin maddi dəstək və abunə haqlarının (ödənişlərin) toplanılması funksiyalı e-ticarət platforması və "Puzzle Tech" MMC-nin tələbələr üçün endirim platforması layihələri üçün təqdim edilib.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlar barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: //bit.ly/3dETJqw
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay