BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
36878

“Bağlanan “Muğanbank”ın 500-ə yaxın işçisi kompensasiya ala bilmir. Buna səbəb Əmanətlərin Sığortalanması Fondunun işçiləri “70 a” maddəsi ilə işdən kənarlaşdırmaq əvəzinə “68 c” maddəsi ilə uzaqlaşdırmasıdır”.

Valyuta.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya “Muğanbank”ın bir qrup əməkdaşı müraciət edib. 

Onlar bildirir ki, sözügedən maddə ilə uzaqlaşdırılan əməkdaşlar işsizlikdən sığorta üçün də müraciət edə bilmir: ““68 c” maddəsində qeyd olunur ki, işçi təklif olunan əməkhaqqı ilə işdə qalıb davam edə bilər. Halbuki çox aşağı əməkhaqqı verirlər. Aydın məsələdir ki, əksər işçilər bu şərtlərlə razılaşmırlar. Nəticədə onlara elə bir şərait yaradılır ki, özləri işdən imtina edirlər. Bunu isə ona görə edirlər ki, ləğv olunan bankın işçilərinə kompensasiya verməsinlər. 500-dən artıq işçinin haqqına girirlər. Əslində bizdən qabaq da digər banklar bağlanıb və onlarda proses şəffaf olub, belə problem yaşanmayıb. Bu maddə ilə uzaqlaşdırılan işçi işsizlikdən sığorta üçün də müraciət edə bilmir”. 

Problemlə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi müəssisə ləğv edildikdə işçilərin əmək müqavilələrinə xitamını özündə ehtiva edir:

 

“LPO “Muğanbank” ASC-yə münasibətdə bildiririk ki, müəssisə ləğv edilməyib, müəssisəyə müvafiq qurum tərəfindən verilmiş bank lisenziyası ləğv edilib. Yəni LPO “Muğanbank” ASC kredit vermir, əmanət qəbul etmir, pul köçürmələrini və s. bu kimi bank fəaliyyətini özündə cəmləşdirən funksiyaların icrasını təmin edə bilmir. Bank hüquqi şəxs olaraq ləğvetmə prosesindədir və hüquqi şəxs olaraq fəaliyyətini davam etdirir. Qeyd edilən səbəbdən LPO “Muğanbank” ASC-nin işçilərinin əmək müqavilələrinə sözügedən əsasla xitam verilməsi qanunla nəzərdə tutulmayıb. Müflis elan edilməsi bankın aktiv fəaliyyəti dövründə zəruri olan bəzi strukturlara olan tələbatı aradan qaldırıb. Bu səbəbdən ştat cədvəlinin yenidən formalaşdırılması və işçilərin azaldılması istiqamətində ləğvedici tərəfindən qanunamüvafiq tədbirlər görülməkdədir”. 

Qurumdan, həmçinin bildirilib ki, qanunla nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən LPO “Muğanbank” ASC-nin ixtisar ediləcək işçilərinə ixtisar xəbərdarlığı edilib:

“Əmək şəraiti şərtləri dəyişdiriləcək işçilərə bu əsasla bildiriş verilib, öz xahişi ilə azad olunmaq istəyən işçilər həmin əsasla işdən azad edilib. Yəni bu onun göstəricisidir ki, qanunla nəzərdə tutulmuş hər üç hala rast gəlmək mümkündür. Nəzərinizə çatdırırıq ki, “Muğanbank” ASC-nin bankın müflis elan edilmə tarixinə 530 nəfər işçi heyəti olub. Məlumdur ki, bankın lisenziyasının ləğvinə səbəb olan əsas amil sözügedən bankda kapital çatışmazlığı, adekvatlıq əmsallarının qanunla müəyyən edilmiş qaydada olmaması ilə bağlı olub.

Eyni zamanda diqqətinizə çatdıraq ki, LPO bankın sonrakı fəaliyyətində lazımi işçi heyəti ilə ləğvedici arasında əmək münasibətləri davam etdirilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin