BAKU Azərbaycan
16.72°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
36812

“Əsl çörək, tərkibi nəmişlənən olan çörək kiflənməlidir. Otaq tempraturundan 2-3 gün qalan çörək kiflənmirsə həmin çörəyin tərkibində kalsium propionat maddəsinin olması ehtimalı yüksəkdir”. 

Bu sözləri Valyuta.az-a qida mütəxəssisi Ağa Salamov bəzi çörək və yuxa məhsullarının gec xarab olması haqqında danışarkən deyib. 

Ağa Salamov deyir ki, kalsium propionat deyilən maddə un məmulatlarında, makaronlarda, çörək, lavaş istehsalında, qənnadı məhsullarında, süd məhsullarının tərkibində istifadə olunur:

“Bu maddə qida məhsullarının köhnəlməsinin, nəmliyinin qarşısını alır. Bu da məhsulun rəf ömrünü uzadır, kiflənmədən qoruyur. Düzü, mən inanmıram ki, bu gün çörək zavodlarında bu maddədən istifadə olunur. Ancaq yenə də istifadə olunursa, bunun istifadəsində doza aşılmamalıdır. Buna isə AQTA nəzarət edir. Birbaşa AQTA-nın icazə verdiyi qida qatqı maddələrindən istifadə olunmalıdır”. 

Qida mütəxəsisi deyir ki, çörəyi ən birinci nəmişlikdən qorumaq lazımdır:

 “Tez kiflənməməsi üçün nəmişlik olan ortamdan uzaq tutmaq lazımdır. Bəzən görürük ki, marketlərdə çörəyi o qədər sıx yığırlar ki, tərləyir, alıb evə gətirəndə də otaq tempraturunda tez kiflənir. Çörəyin düzgün daşınması, saxlanması, rəflənməsi kimi şərtlərə əməl etmək lazımdır”. 

“Həmin qida maddəsi insan orqanizmi üçün nə qədər təhlükəli ola bilər” sualına cavab verən Ağa Salamov deyib ki, orqanizm üçün elə bir ciddi fəsadı olmadığı müəyyən edilib:

“Bu qida maddəsini siçanlarında üzərində araşdırıblar. Onlara 4-5 həftə ərzində gündə 1-3 qram yedizdiriblər. Lakin bu onlara təsir etməyib. Ümumiyyətlə təhlükəsiz əlavədir, yan təsirləri nadir halda olur. Məsələn, baş ağrı, baş gicəllənmə kimi yüngül simptomları ola bilər. Lakin bu maddənin qidalara əlavə edilməsinin tərəfdarı deyiləm. Çünki biz bilmirik ki, bu maddə istifadə olunanda doza həddini aşır, ya yox. Doza həddi aşılan hər qida maddəsi zərərli sayılır. Ona görə də düşünürəm ki, qida qatqı maddələrini mütəxəssiləri, xüsusi qida texnoloqları olan şirkətlər istifadə etməlidir. Bu dəqiqə həyatımızdakı hər bir məhsulun tərkibində qida qatqısı var. Hərəsindən bir az yeyib, üstəgəl də lavaşda da bu maddədən yeyiriksə artıq həyəca təbili çalmaq olar”. 

Ekspert qeyd edib ki,  çörəyi ev şəraitində kiflənmədən qorumaq istəyiriksə onu soyuducu tempraturunda 2-3 gün saxlaya bilərik:

“Amma mən məsləhət görərdim ki, çörək gündəlik rasiona uyğun alınsın, onu iki gün saxlamamaq şərti ilə bir günə istifadə olunsun. Sovet vaxtı yarım çörək satılırdı, amma indi satılmır. Az çörək istifadə edən də məcburdu bütün çörək alsın. Mən bunun tərəfdarı deyiləm. Həm una qənaət deyil, həm israfçılıqdır. Ona görə də paketlənmiş halda insanlara yarım çörəklər satılmalıdır”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin