İşdən qovulan Sem Altman şirkətə qayıtmayacaq
Çatbot tərtibatçısı ChatGPT-nin baş direktoru vəzifəsindən qovulan Sem Altman təklif olunsa da, şirkətə qayıtmayacaq.
Valyuta.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb.
"Həmtəsisçi və idarə heyətinin üzvü İlya Sutskeverin sözlərinə görə, Sem Altman şirkət rəhbərliyinin onu geri qaytarmaq səylərinə baxmayaraq, OpenAI şirkətinin baş direktoru vəzifəsinə qayıtmayacaq”, deyə nəşr yazır.
Noyabrın 18-də bildirilib ki, OpenAI-nin direktorlar şurası Sem Altmanı "idarə heyəti ilə qarşılıqlı əlaqədə həmişə açıq olmadığı" üçün işdən çıxarıb. Altmanın yerini müvəqqəti olaraq şirkətin baş texnologiya direktoru Mira Murati tutacaq.
Altmanın işdən çıxarılmasından sonra daha üç əsas işçi şirkətdən istefa ərizəsini təqdim edib: tədqiqat direktoru Yakub Paçoçki, AI ilə bağlı potensial riskləri qiymətləndirən komandanın rəhbəri Aleksandr Madri və startapın 7 illik təcrübəsi olan elmi tədqiqatçısı Şimon Sidor.
Məlumata görə, Altmanın işdən çıxarılması bəzi işçilər üçün böyük məyusluq olub və şirkət daxilində uzun müddət davam edən münaqişəni bir daha nümayiş etdirib.
Noyabrın 19-da məlum olub ki, OpenAI səhmlərin satışı ilə bağlı danışıqlar aparır.
OpenA-ya məxsus çatbot ChatGPT 2022-ci ilin noyabr ayının sonunda istifadəyə verilib və bir həftədən az müddətdə ilk milyon istifadəçisini topladı. Bot OpenAI-ə məxsusdur. 2015-ci ildə onun həmtəsisçilərindən biri amerikalı milyarder İlon Mask idi və o, sonradan startapla əlaqələri kəsib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay