Yeni Agentlikdə 4 sədr müavini olacaq
Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında ƏSASNAMƏyə əsasən, qurumun fəaliyyətinin təşkil edilməsini onun sədri, birinci müavini və 3 müavini həyata keçirəcək.
Valyuta.az xəbər verir ki, həm sədrin, həm də onun müavinlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi dövlət başçısının səlahiyyətindədir.
Sədr öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını birinci müavininə və ya müavinlərindən birinə həvalə edə bilər.
Agentlikdə sədrdən (Kollegiyanın sədri), sədrin birinci müavini və müavinlərindən, Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanının (qurumunun) rəhbərindən və Agentliyin digər rəhbər işçilərindən ibarət tərkibdə Kollegiya yaradılır. Agentliyin Kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilərlər.
Agentliyin Kollegiyası üzvlərinin sayını və tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay