"Apple"ın rəhbəri Çin lideri ilə şam yeməyinə 40 min dollar ödəyib
Çin prezidenti Si Szinpin San-Fransiskoya (ABŞ) səfəri zamanı "Apple" şirkətinin baş direktoru Tim Kuk da daxil olmaqla beş amerikalı iş adamı ilə şam yeməyində görüşüb.
Valyuta.az xəbər verir ki, bu barədə "New York Post" (NYP) məlumat yayıb.
NYP-nin məlumatına görə, amerikalı maqnatların hər biri şam yeməyində iştirak üçün 40 min dollar ödəyib. San-Fransiskonun mərkəzində yerləşən “Hyatt Regency” otelinin restoranında zəngin süfrə açılıb.
Həmin axşam Çin lideri ilə masa arxasındakı qonaqlar arasında "Tesla", "SpaceX" və X (Twitter) şirkətlərinin rəhbəri İlon Mask da olub. Lakin nədənsə onun şam yeməyində iştirakı cəmi 2 min dollara başa gəlib. Görüşdə iştirak edən digər iş adamları "Blackstone"un baş direktoru Stiv Şvartsman, "BlackRock"un baş direktoru Larri Finq və "Bridgewater Associates"in təsisçisi Rey Dalio olub.
NYP xəbər verir ki, Tim Kuk Çinin ticarət naziri Vanq Ventaonun yanında oturub. Bu, strateji bir addım ola bilər, çünki Çin "Apple"ın elektronika satışlarının təxminən 20%-ni təşkil edir.
Axşam menyusu üç yeməkdən ibarət olub: payız tərəvəz salatı, biftek və ya tərəvəz karri seçimi və desert üçün təzə meyvəli piroq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay