Rusiya XİN: ABŞ dolları dünyada liderliyini itirir
ABŞ dolları dünyada lider mövqeyini ardıcıl olaraq itirir.
Valyuta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, APEC -də yüksək vəzifəli şəxs Marat Berdıyev bildirib.
Onun fikrincə, ABŞ dövlət borcunun çökməsinin təsiri ölkədə 2007-2008-ci illərin maliyyə böhranına kölgə sala bilər.
“Amerikanın milli borcunun ölçüsünə baxmaq lazımdır, məncə, bu borcun sel kimi çökməsi an məsələsidir. Bu böhranın miqyası 2007-2008-ci illərdə ABŞ-dakı maliyyə çöküşünü ciddi şəkildə kölgədə qoya bilər”, - Rusiya XİN-in səfiri bildirib.
Bundan əvvəl Rusiya Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov ABŞ-ın dövlət borcunun həcmini şərh edərkən bildirmişdi ki, mətbəə nəzarətsiz olarsa və ucuzlaşarsa, Amerika valyutası sabit ola bilməz .
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Birləşmiş Ştatlar öz dövlət borcuna xidmət üçün saatda 200 milyon dollardan çox pul xərcləyir və pul çap etmək üçün onların kağızı tezliklə tükənəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay