Aİ polşalı etirazçıların tələblərini təmin etməkdən imtina edir
Avropa İttifaqı Polşa daşıyıcılarının tələbi ilə Ukrayna üçün nəqliyyat vizasız rejimini ləğv etməyəcək.
Valyuta.az xəbər verir ki, bu barədə İnfrastruktur Nazirliyi məlumat yayıb.
Ukraynanın İnfrastruktur Nazirliyi Polşanın İnfrastruktur Nazirliyi və Avropa Komissiyasının Nəqliyyat və Mobillik Direktorluğu ilə birlikdə Doroqusk keçid məntəqəsində danışıqlar aparıb. Əsas məsələ sərhədi açmaq üçün birgə həll yollarının hazırlanmasıdır.
Polşalı etirazçılar icazə sisteminin qaytarılmasını tələb edirlər. Lakin Ukrayna tərəfinin dediyi kimi, bu tələb yerinə yetirilə bilməz və Avropa Komissiyası qeyd edib ki, belə bir məsələ bu görüşün mövzusu ola bilməz. Ukrayna ilə Aİ arasında yük daşımalarının liberallaşdırılmasına dair saziş ən azı gələn il iyunun 30-dək qüvvədə olacaq.
Danışıqlar nəticəsində Ukrayna, Polşa və Aİ nümayəndələri birgə həll yolları hazırlayıb və polşalı etirazçılara təklif ediblər. Son təkliflər razılaşdırılmayıb, ona görə də tərəflər həll yollarını axtarmağa davam edəcəklər.
Noyabrın 6-da Polşa daşıyıcıları Ukrayna ilə sərhəddə yük daşımalarının keçidi üçün üç keçid məntəqəsini bağlayaraq tətilə başlayıblar. Söhbət Korçova - Krakovets, Qrebennoye - Rava-Russkaya və Dorohusk - Yaqodin nöqtələrindən gedir. Daşıyıcılar tətilləri yanvarın 3-dək davam etdirməyi planlaşdırır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay