BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
36610

“Siyavuş Novruzovun fikirlərini dəstəkləyirəm. Əslində bunu iqtisadçılar deyir. Hətta hökumət də bu barədə çıxışlar edirŞ mma bununla bağlı atılacaq konkret addımlar lazımdır”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deputat Siyavuş Novruzovun "Banklar haqqında" qanunun müzakirəsi zamanı vətəndaşların orta və kiçik sahibkarlıqla məşğul olması üçün ala biləcəyi kreditlərin faizinin yuxarı olması ilə bağlı fikirini şərh edərkən deyib.

Ekspert bildirib ki, biznesin və yaxud da orta, kiçik sahibkarlığın inkişafı üçün konkret dəhliz, yəni xüsusi maliyyə mənbəyi açılmalıdır:

“Hazırda müxtəlif proqramlarla müəyyən olunmuş banklar vasitəsi ilə belə vəsaitlər ayrılır. Məsələn, 4%-5%-lə və s. belə layihələr mövcuddur. Ancaq bu maliyyə mənbələri məhduddur. Belə pilot layihələr müəyyən banklar vasitəsi ilə ayrılır, amma bu mütəmadi davam etməlidir”.

Fuad İbrahimov deyir ki, orta və kiçik sahibkarlığın davamlı və dayanıqlı inkişafı üçün ümumiyyətlə, 10 üzərindəki faiz yüksək hesab olunur:

Biz rəqabət yönümlü mühit formalaşdırmaq istəyiriksə mütləq şəkildə  3-6% arasında biznes kreditlərinin ayrılması və bu mənbənin müəyyən edilməsi təmin edilməlidir. Əks təqdirdə bu faizlərlə götürülən kreditlərin geri qaytarılmasında əngəllər yaşanacaq. Eyni zamandan bu biznesin özünün də gələcəyi sual altında olacaq”.

Qeyd edək ki, "Banklar haqqında" qanunun müzakirəsi zamanı deputat Siyavuş Novruzov vətəndaşların orta və kiçik sahibkarlıqla məşğul olması üçün ala biləcəyi kreditlərin faizinin yuxarı olduğunu bildirib:

“14 faiz kreditlə vətəndaşın təsərrüfatla, yaxud bizneslə məşğul olması və bu pulun qaytarılması çox çətindir. Birinci məsələ burada bankların faiz dərəcəsinin aşağı salınması olmalıdır”.

Aylin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin