BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
36570

“Sosial şəbəkələrdə məqalələrin silinməsi geniş müzakirə olunmaqdadır. Bu mövzu ilə bağlı mənə də müraciət edənlər çoxdur. Təəssüf ki bu məsələdə dəstək ola bilmirəm”.

Bunu “Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk Valyuta.az-a bildirdi. 

Son dönəmlərdə Vikipediyada məqalələrin silinməsi gündəmdədir. Təkcə məqalələr deyil, fotolar da silinir. İnsanlar Azərbaycandakı “Vikipediya”nın işindən şikayətlənirlər. Məqalələrin niyə silindiyi istifadəçilərə məlum deyil. Elnur Eltürk deyir ki, məqalələrin silinməsinin bir neçə səbəbi var. Fotoların silinməsində isə səbəb müəllif hüquqlarıdır:

“Vikipediya”da məqalələr onun qaydaları çərçivəsində yaradılır. Mənbənin etibarlılığı, şəxsin nə qədər ensiklopedik olub-olmaması əsas rol oynayır. Şəxslərin ensiklopedikliyi ilə bağlı qaydalar var. İstifadəçilər məqalə yaradarkən qaydalara əməl etməlidirlər. “Vikipediya”nın qaydaları bunu tələb edir. Fəal istifadəçilər, inzibatçılar bu yanaşmanı dəstəkləyirlər. Məqaləniz bu qaydalara uyğun olmadıqda silinə bilər. Fotolar məsələsi müəllif hüquqları ilə bağlıdır. Müəllif hüququ bilinməyən fotolar silinir”.

E.Eltürk bildirir ki, bu məqalələrin silinməsinə o da təəssüf edir. Amma bununla bağlı əlindən heç nə gəlmir. O, tövsiyə edir ki, məqalələrin silinməməsi üçün istinadlara daha çox yer verilməlidir: 

“Mübahisə yaradacaq məqalələrin silinməsinin tərəfdarı olmasam da, həmin məqalələrin etibarlı istinadlarla təkmilləşdirilməsini dəstəkləyirəm. Bu zaman biz “Vikipediya”ya daha çox töhfə verə bilərik”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

İsveçdə dollar milyonçularının sayı azalıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Aylıq 5 000 manat icarə gəliri olan coffeeshop satılır - QİYMƏT

"Solana"nın qiyməti artarkən, "Dogecoin" dəyər itirir

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin