BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
36543

"Rabitəbank" ASC korporativ sosial məsuliyyət strategiyasına sadiq qalaraq, özünüməşğulluq proqramı çərçivəsində müxtəlif kateqoriyalar üzrə şəxsi biznesini qurmaq istəyən aztəminatlı vətəndaşlara dəstək olmaqda davam edir. Belə ki, bank əməkdaşları özünüməşğulluq layihəsi ilə bağlı siyahıda olan Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və Qobustan rayonu üzrə müxtəlif fəaliyyət sahələri ilə məşğul olmaq istəyən daha 6 nəfərə aktivlərin təqdim edilməsini yekunlaşdırıb.

Ramiz Əsgərov və Rasim Cabbarov bankın göstərdiyi dəstək sayəsində şəxsi biznesini qurmağa müvəffəq olublar və onlara dəmirçilik və dülgərlik avadanlıqları təqdim edilib. Bankın Nərimanov rayon filialının əməkdaşları Pərviz İmanovun poliqrafiya üzrə fərdi sahibkarlıqla məşğul olmaqla bağlı müraciətini müsbət cavablandırıb və o, lazımi avadanlıqlarla təmin olunub.

Rabitəbank ölkədə qadın sahibkarlığının inkişafına da dəstəyini davam etdirməkdədir. Un məmulatlarının istehsalı üzrə şəxsi biznesini qurmaq istəyən Leyla Səfərova, gözəllik salonu açmaq istəyən Sevda Əlizadə, həmçinin maldarlıq təsərrüfatı üzrə şəxsi biznesini qurmaq istəyən Türkanə Vəliyeva bank tərəfindən lazımi və müasir avadanlıqlarla təmin edilib. 
Xatırladaq ki, "Özünüməşğulluğa Dəstək Layihəsi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunurlar. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

"Rabitəbank" ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin