Süni intellektin infarktı 10 il əvvəldən proqnozlaşdıra bildiyi aşkarlanıb
Yeni bir araşdırmaya görə, süni intellekt bir insanın infarkt keçirmə riskinin olub-olmadığını 10 il əvvəldən təxmin edə bilər.
Valyuta.az xəbər verir ki, alimlər, yeni süni intellekt alətinin istifadəyə veriləcəyi təqdirdə, bu kəşfin minlərlə infarktdan ölüm hallarının qarşısını almağa və xəstələrin demək olar ki, yarısının sağalmasına kömək edə biləcəyini vurğulayıb.
Oksford Universiteti süni intellekt vasitəsilə damarlarda hər hansı bir tıxanma və ya daralma aşkarlamaq üçün istifadə edilən ürək tomoqrafiyasının dəqiqliyini artırmağın yollarını araşdırıb. Məlum olub ki, yeni texnologiya infarkt barədə əvvəlcədən dəqiq proqnoz verə bilir.
Tədqiqatı maliyyələşdirən BHF-nin məlumatına görə, Böyük Britaniyada hər il təxminən 350.000 insan ürəyini yoxlatdırır. Ancaq bu yoxlamaların bəzən ürəkdəki kiçik daralmaların aşkarlaya bilməməsi səbəbindən bir çox xəstə infarktdan ölür.
Tədqiqatçılar tərəfindən Böyük Britaniyanın səkkiz xəstəxanasında müntəzəm diqanostika edilən 40 mindən çox xəstənin məlumatları təhlil olunub. Süni intellekt vasitəsi ilə təqribən 8 il ərzində üç mindən çox xəstə üzərində sınaqdan keçirilib və onun infarkt riskini dəqiq proqnozlaşdıra bildiyi görülüb. Komanda, infarkt riski barədə siqnal verə bilən, iltihablı arteriyaların ətrafındakı piylərdəki dəyişikliklər haqqında məlumatlardan istifadə edərək öyrədilmiş süni intellekt proqramı hazırlayıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay