AMB-nin baş direktoru: Bankların əksəriyyətində DİM riskləri geniş əhatə olunmayıb
Azərbaycanda təəssüf ki, bankların böyük əksəriyyətinin strategiyasında, Müşahidə Şuralarının qəbul etdiyi planlarda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) riskləri geniş əhatə olunmayıb.
Valyuta.az xəbər verir ki, bunu Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev deyib.
O bildirib ki, DİM riskləri cəmi 10-a yaxın bankda geniş əhatə olunub. Digərlərində bu yalnız planlaşdırma mərhələsindədir.
Bu tətbiqlərin həyata keçirilməsi baxımından maliyyə sektorunun qarşısında dayanan əsas maneələr məlumatlılıq səviyyəsinin aşağı olmasıdır. Digər problem kadr potensialı, hüquqi və tənzimləyici çərçivənin zəiflikləridir. Mərkəzi Bank tərəfindən bütün bunlar diqqətə alınır” - Toğrul Əliyev qeyd edib.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay