Avropa İttifaqı Qərbi Balkan ölkələri üçün 6 milyard avroluq yardım paketi hazırlayıb
Avropa İttifaqı (Aİ) Qərbi Balkan regionu ölkələri üçün 6 milyard avroluq yardım paketi nəzərdə tutur.
Məqsəd Aİ-yə üzvlük yolunda tərəqqiyə nail olmaq üçün region ölkələrində iqtisadi artımı və sosial-iqtisadi inkişafı təmin etməkdir. 2024-2027-ci illəri əhatə edəcək yeni plan Aİ-nin genişlənmə prosesini sürətləndirəcək, yaradılacaq İslahat və İnkişaf Fondu vasitəsilə islahatlar və investisiyalar dəstəklənəcək. Vəsaitin 2 milyard avrosu qrantlardan, 4 milyard avrosu isə güzəştli kreditlərdən ibarət olacaq.
Bununla, Qərbi Balkan regionunda vahid bazar qaydalarının tətbiqi və iqtisadi inteqrasiyanın artırılması hədəflənir. Həmçinin məhsulların, xidmətlərin və işçilərin sərbəst hərəkəti, Avropa ödəniş zonasına çıxış, avtomobil nəqliyyatının asanlaşdırılması, enerji bazarlarının və təchizat zəncirlərinin inteqrasiyası yeni planda prioritet istiqamətlərdəndir.
Sözügedən plan, eyni zamanda, Aİ-nin Monteneqro, Bosniya və Herseqovina, Serbiya, Şimali Makedoniya, Albaniya və Kosovo ilə iqtisadi əlaqələrini genişləndirmək məqsədi daşıyır.
© Banker
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay