BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
36243

Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz gəlirləri yenidən vergidən azad ediləcək. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunması təklif edilir. Belə ki, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq. Bu o deməkdir ki, hər bir bankda illik 8 faizədək 30 000 manata qədər əmanəti olan vətəndaşların faiz gəlirlərindən vergi tutulmayacaq. 

Aylıq faiz gəliri 200 manatdan yuxarı olduqda isə vergi yuxarı olan məbləğə tətbiq ediləcək. Elə Mərkəzi Bankın məlumatlarına da nəzər salanda aydın olur ki, bankların yeni cəlb etdikləri depozitlərin orta faizi 8 faiz səviyyəsindədir.

Mərkəzi Bankın sədri Taleh Kazımov bu günlərdə Milli Məclisdəki çıxışında fiziki şəxslərin banklardakı əmanətlərinin 75 faizinin 30 000 manata qədər olduğunu, bu ilin fevral ayında vergi güzəşti bitdikdən sonra bu məbləğə qədər olan depozitlərin sayının və həcminin artım tempinin azaldığını bildirib. Bu da o deməkdir ki, Vergi Məcəlləsinə təklif edilən sözügedən dəyişikliyin səbəbi vətəndaşların banklara əmanət yerləşdirilməsinin stimullaşdırılması məqsədi daşıyır.

Belə görünür ki, fiziki şəxslərin əmanətlərdən əldə etdikləri faiz gəlirlərinin vergiyə cəlb edilməsi bir yana, cari ildə iki bankın lisenziyasının ləğv edilməsi onlara etimadı azaldıb.    

Taleh Kazımov, həmçinin bildirib ki, fiziki şəxslərin əmanətlərinin həcminin 82 faizinin müddəti bir ilə qədərdir. Mərkəzi Bankın məlumatına görə, oktyabr ayının 1-nə fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 12 milyard 705,5 milyon manatdır ki, bunun da 10 milyard 52,6 milyon manatı qısamüddətlidir. Bu da banklara uzunmüddətli kreditlər verməyə əngəl törədir.

Bu baxımdan fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsinin 3 il müddətinə gəlir vergisindən azad edilməsi təklif olunur. Başqa sözlə, pulunu banka 18 aydan çox müddətə qoyan vətəndaşların əldə etdikləri faiz gəlirlərindən 3 il ərzində vergi tutulmayacaq.  

Ancaq burada məsələ təkcə faiz gəlirlərinə tətbiq edilən vergi deyil. Söhbət ondan gedir ki, ölkədə orta illik inflyasiyanın ikirəqəmli olmasının (son məlumata görə 10,9 faiz) davam etməsinə baxmayaraq bankların yeni cəlb etdikləri əmanətlərin orta faiz dərəcəsi 7-8 faiz arasında dəyişir. Bu da o deməkdir ki, banklardakı əmanətlərin real faiz dərəcəsi mənfidir. Yəni, inflyasiyanı nəzərə alanda, əmanət sahibi buradan real qazanc əldə etmir, əksinə zərər etmiş olur. Əmanət müddətinin artması şəraitində isə bu zərərin daha çox olacağı istisna deyil.

Müşahidələr onu göstərir ki, son aylarda bir çox böyük miqdarda əmanət sahibi vəsaitlərini banklarda saxlamaqdansa, “plana düşəcək” binalardan mənzil almağa üstünlük verir. Belə mənzillər sökülüb yenisi ilə əvəz olunanda qiyməti 2 dəfəyədək artmış olur. Digər tərəfdən mənzilləri sökülənədək kirayə verib, söküləndən sonra isə yenisi tikilənə qədər tikinti şirkətlərindən kirayə haqqı alıb gəlir əldə etmək mümkündür.

Kiçik məbləğli əmanət sahibləri üçün isə belə imkanlar yoxdur. Onlar üçün ən sərfəli yatırım aləti elə bank əmanətidir. Real gəlirliliyinin olmamasına baxmayaraq, sığortalanma mexanizminin, milli valyutanın məzənnəsinin sabit qalmaqda davam etməsi və əhalinin investisiya edəcəyi alətlərin məhdudluğu bank əmanətinə üstünlüklər qazandırır.

©Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin