Şavkat Mirziyoyev ECO-ya uğurlu sədrliyə görə Azərbaycan Prezidentinə minnətdarlıq edib
“Azərbaycanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin iqtisadiyyatları davamlı inkişaf templəri nümayiş etdirir”.
“Report”un verdiyi məlumata görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitinin açılışındakı çıxışında deyib.
Özbəkistan dövlət başçısı Azərbaycanın təşkilatda uğurlu sədrliyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O qeyd edib ki, sədrliyi dövründə rəsmi Bakı bir sıra mühüm təşəbbüslərlə çıxış edib və qurumun fəaliyyətinə səmərəli töhfə verib.
“İştirakçı ölkələr arasında iqtisadi əməkdaşlığı yaxşılaşdırmaq üçün Özbəkistan tərəfi özbək ekspertlər tərəfindən hazırlanmış ECO çərçivəsində ticarətin sadələşdirilməsinə dair sazişin qəbulunu təklif edir”, - o bildirib.
Özbəkistan dövlət başçısı, həmçinin qeyd edib ki, multimodal nəqliyyat dəhlizlərinin işə salınması ECO-ya üzv olan bütün dövlətlərin maraqlarına cavab verir.
“Təşkilatımızın üzv ölkələri ayrılmaz şəkildə ortaq tarix, zəngin mədəniyyət və oxşar dəyərlərlə bağlıdır”, - deyə o əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay