Ən az kreditlər kiçik sahibkarlara verilir – MÜQAYİSƏ
Azərbaycanda ayrılan biznes kreditlərinin çox hissəsi iri sahibkarlara, ən az hissəsi kiçik sahibkarlara verilir.
Valyuta.Az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 2023-cü ilin oktyabrın 1-nə kimi sahibkarların biznes kreditləri üzrə borcu 12,079 milyard manat olub.
Aprelin 1-i ilə müqayisədə, yəni son 6 ayda biznes kreditləri üzrə ümumi borc 908 milyon manat artıb.
Sahibkarlıq subyektləri üzrə kredit borcunun bölgüsünə diqqət yetirdikdə görürük ki, ən çox vəsait iri sahibkarlara verilib.
İri sahibkarların oktyabrın 1-nə olan kredit borcu 5,412 milyard manatdır. Son 6 ayda onların kredit borcunun məbləği 447 milyon manat artıb.
Orta sahibkarların 2,53 milyard manat kredit borcu var. Altı ay ərzində onların borcu 204 milyon manat artıb.
Mikro sahibkarların borcu 2,413 milyard manata çatıb. Altı ay əvvəlki tarixlə müqayisədə borcun məbləğində 304 milyon manat artım var.
Sahibkarlar arasında ən az kredit kiçik sahibkarlara verilib. Kiçik sahibkarların 1,727 milyard manat kredit borcu var ki, bu da 6 ay əvvəlki tarixlə müqayisədə 47 milyon manat azdır.
Müqayisdən göründüyü kimi, ən az kredit kiçik sahibkarlara verilməklə bərabər, son aylarda onların aldığı kreditin məbləği də azalır.
©Sfera
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay