Kremldən Rusiya aktivlərinin müsadirəsi ilə bağlı Qərbə xəbərdarlıq
Rusiyanın Qərbdəki aktivlərinin müsadirəsi ciddi nəticələrə gətirib çıxaracaq.
Valyuta.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, bu addımlara qarşı Rusiya tərəfindən cavab tədbirləri görüləcək.
"Həm ABŞ, həm də Avropa Rusiya aktivlərinin qanunsuz olaraq müsadirəsini davam etdirmək üçün ardıcıl çalışırlar.
Bu, qanunsuzdur, bütün mümkün qaydalara ziddir. Bu, əlbəttə ki, ölkəmiz tərəfindən mübahisələndiriləcək . Həm də qeyri-müəyyən müddətə mübahisələndiriləcək", - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, ötən gecə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi prezidentə Rusiyanın suveren aktivlərini müsadirə etmək, dövlət katibinə isə onları Ukrayna və beynəlxalq təşkilatların xeyrinə vermək hüququ verən qanun layihəsini dəstəkləyib.
©Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay