Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Valyuta.az xəbər verir ki, bu barədə məlumat Krallığın hökumət portalında dərc edilib.
Hökumətin yeni sanksiyalar siyahısında Rusiyanın qızıl və neft sektorlarında fəaliyyət göstərən 29 fiziki və hüquqi şəxslər yer alır.
Britaniya hökuməti Kremlə qarşı tətbiq olunan sanksiyaları Ukraynadakı müharibənin maliyyələşdirilməsi ilə əsaslandırıb,
Sanksiya siyahısında yer alanlar arasında Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş şirkətlər şəbəkəsi də var. Britaniya hökumətinin fikrincə, həmin şəbəkə 300 milyon dollardan çox qızıl gəlirlərinin Rusiyaya yönəldilməsində iştirak edib.
Rusiyanın iki aparıcı qızıl istehsalçısı olan “Nord Gold PLC” və “Highland Gold Mining Ltd” şirkətlərinə, oliqarxlar Vladislav Sviblov və Konstantin Strukova da sanksiyalar tətbiq edilib.
©APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay