Türkiyə İsraillə enerji layihələrinin icrasını dayandırıb, ticarəti 50 %-dən çox azaldıb
Türkiyə İsraillə enerji layihələrinin icrasını dayandırıb.
Valyuta.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bəyan edib.
“Belə bir şəraitdə İsraillə layihələrin həyata keçirilməsindən danışmaq yersiz olardı”, – deyə o qeyd edib.
Ticarət naziri Ömər Bolat isə bildirib ki, Türkiyə İsraillə ticarət dövriyyəsini 50%-dən çox azaldıb: “Oktyabrın 7-dən bəri İsraillə qarşılıqlı ticarətimiz keçən ilin eyni dövrü ilə müqayisədə 50%-dən çox azalıb”.
Nazirin sözlərinə görə, bu, həm satıcıların, həm də istehlakçıların müvafiq tələbləri ilə bağlıdır.
Bundan əvvəl Dünya Bankı bildirib ki, Yaxın Şərqdə münaqişənin eskalasiyası nəticəsində əmtəə bazarlarına tədarükün mümkün kəsilməsi fonunda neft qiymətləri şokedici səviyyəyə qalxa bilər.
©Banker
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay