13 min dollarlıq heykəllər gəmidən oğurlandı
ABŞ-da məhkəmə sənədlərində keçən ay "Carnival Legend" gəmisində səyahət edən iki sərnişinin təxminən 13 min dollar dəyərində sənət əsərləri oğurladığı iddia edilib.
Valyuta.az xəbər verir ki, ötən həftə Merilend Dairə Məhkəməsində FTB tərəfindən verilən axtarış qərarı, səlahiyyətlilərin oğurluq və oğurlanmış əmlakın daşınması ilə bağlı federal ittihamları araşdırdığını söylədi. Hələlik heç kim ittiham olunmayıb.
"İnsider"in məlumatına görə, gəmi sentyabrın 24-də ABŞ-ın Baltimor şəhərindən Bermudaya yola düşüb və ayın 30-da geri qayıdıb. Oktyabrın birində gəminin rəsm qalereyasındakı heykəllərin itdiyi üzə çıxıb. Məhkəmə sənədlərinə görə, sentyabrın 29-da çəkilmiş görüntülərdə gecə saat ikidə qalereyaya əliboş daxil olan cütlüyün (kişi və qadının), bir neçə dəqiqə sonra oradan itən heykəllərə oxşayan əşyalarla çıxdığı görünüb.
"ABC News"un məlumatına görə, itkin heykəllərdən biri də Markus Qlenin "Toppin' the Keys for the Love" əsəridir. Bu əsər ürək fonunda mücərrəd piano düymələrinə basan pianoçunu təsvir edir və qiyməti 6600 dollardır. Çatışmayan digər əsər isə Robert Uaylandın iki dəniz tısbağasının üz-üzə baxdığını göstərən və 6200 dollar dəyərində olan “Dəniz öpüşü”dür.
İlkin araşdırma zamanı təhlükəsizlik kameralarından müəyyən edilən şəxsin "Facebook" profili tapılıb. FTB agenti gəminin təhlükəsizlik görüntülərində həmin adamın eyni ağ palto, tünd jilet və zolaqlı qalstuk geyindiyini görünüb.
ABŞ Prokurorluğunun sözçüsü "ABC News"a FTB-nin həmin şəxslərin evlərində axtarış apardığını itkin heykəlləri ələ keçirdiyini bildirib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay