Dünya
07.11.2023 / 13:15
“Saudi Aramco”nun xalis mənfəəti bu il 27%-dən çox azalıb
36132
Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco”nun 2023-cü ilin yanvar-sentyabr aylarında xalis mənfəəti 94,5 mlrd. dollar təşkil edib, bu da illik müqayisədə 27,4% azalma deməkdir.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin bu ilin üç rüblük nəticələrində bildirilib.
Hesabata əsasən, ötən ilin hesabat dövründə qeyd olunan göstərici 130,3 mlrd. dollar səviyyəsində olub.
Qeyd etmək lazımdır ki, şirkətin gəlirlərinin azalması neftə olan qiymətlərin enməsi ilə əlaqəlidir.
“Saudi Aramco”nun hesabatından məlum olduğu kimi, 2023-cü ilin doqquz ayı ərzində şirkətin satdığı neftin orta qiyməti bir barel üçün 82,9 dollar təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 104,3 dollar səviyyəsində olub.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay