120-dən çox Britaniya şirkəti Rusiyaya qarşı sanksiyaları pozduğunu etiraf edib
2022-ci ilin fevralından 2023-cü ilin mayına qədər 100-dən çox şirkət Britaniya hökumətinə Rusiya əleyhinə məhdudiyyətləri pozduqları barədə məlumat verib.
Valyuta.az xəbər verir ki, bu barədə Financial Times qəzeti yazır.
Nəşr aydınlaşdırıb ki, 127 halda hüquqi şəxslər sanksiyaların pozulması ilə bağlı səlahiyyətli orqanlara könüllü məlumat veriblər. Şirkətlər cərimələrin azaldılması üçün istintaqla əməkdaşlığa razılaşıblar.
Qəzet Britaniya Xəzinədarlığına yaxın mənbəyə istinadən qeyd edib ki, departament qəsdən səhvlərə görə “həddindən artıq cəzalandırmağı” planlaşdırmır. Məhdudiyyətlərin pozulmasının səbəbləri arasında nəşr Britaniya tacirlərinin iş apardığı Rusiya Federasiyası ilə əlaqəli şirkətlərin qeyri-şəffaf mülkiyyət strukturunu qeyd edir.
“Pinsent Masons” hüquq firmasının partnyoru Steysi Kinin sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların tətbiqi Böyük Britaniyada biznes üçün sınaq olub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay