ABŞ-dan etiraf: “Sanksiyalar Rusiyanın neft gəlirlərini azaltmayıb, artırıb”
Qərbin Rusiya neftinə tətbiq etdiyi qiymət tavanına baxmayaraq, Moskvanın enerji ixracından əldə etdiyi gəlir artmaqda davam edir.
Valyuta.az xəbər verir ki, The Wall Street Journal-a görə, Rusiya məhdudiyyətlərdən yan keçməyin yollarını tapıb.
Oktyabrda Rusiya federal büdcəsinin neft və qaz gəlirləri sentyabr ayı ilə müqayisədə iki dəfə, illik ifadədə isə dörddə bir artıb. Bu, gəlirlərin azaldığı ilin əvvəlindən kəskin dönüşdür. Qərb Moskvanın ixrac gəlirlərini azaltmaq və hərbi sektorun maliyyələşdirilməsini məhdudlaşdırmaq üçün Rusiya neftinə qiymət tavanı tətbiq edib.
Nəşr qeyd edir ki, vaxt keçdikcə Rusiya sanksiyalarda boşluqlar tapıb, öz tanker parkını genişləndirib, bu da məhdudiyyətlərə tabe deyil. Hazırda Rusiya neftinin böyük hissəsi G7 ölkələrinin yurisdiksiyasından kənarda tədarük edilir. Ən böyük alıcılar - Çin, Hindistan və Türkiyə qiymət tavanına əməl etmir.
JPMorgan-ın məlumatına görə, Urals-ın qlobal etalon Brend-ə endirimi daralıb. Bu, Rusiyaya ixrac etdiyi hər bareldən daha çox qazanc əldə etməyə imkan verir. Qəzet yazır ki, sanksiyalara baxmayaraq, Moskva hərbi xərcləri artırır və iqtisadiyyatı maliyyələşdirir. ABŞ-da etiraf edirlər ki, qiymət tavanları öz effektivliyini itirir.
Vaşinqton Rusiyanın neft ticarəti qaydalarına riayət olunmasını sərtləşdirmək üçün əlavə tədbirlər hazırlayır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay