Lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - Şərh
1 türk lirəsinin qiyməti 6 qəpikdən də aşağı düşüb. Bu barədə məlumat Mərkəzi Bankın rəsmi məzənnəsində qeyd olunub.
Rəsmi məzənnəyə görə, 1 türk lirəsi 0.0599 manat bərabər olub (100 lirə = 5,99 manat).
Valyuta.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirir ki, qonşu dövlətlərdə gedən inflyasiyanın Azərbaycana həm mənfi, həm də müsbət təsiri olur.
Ümumiyyətlə qonşu dövlətlərdə artan inflyasiyasiyanın ümumi səbəblərdən baş verməsi bizə də təsir edir. Bununla əlaqədər həm mənfi, həm də müsbət təsirlər ola bilər. Bizim sərhəd boyunca qonşularımızdan yalnız Gürcüstanın valyutası möhkəmlənir. Qalan qonşularımızda xüsusilə, Rusiyada, İranda, Türkiyədə xeyli dərəcədə inflyasiya var. Qazaxıstanda, Türkmənistanda, Ermənistanda bir qədər valyuta baxımından sabitlikdir.
Azərbaycan valyutası ucuzlaşan ölkələrdən mal idxal etdikdə məzənnə fərqinə görə udur, yəni hansı ölkələrdə inflyasiya gedirsə, həmin ölkələrdən Azərbaycana idxal edilən məhsulların qiyməti ümumi hesabda aşağı düşür, onların malları ucuzlaşır. Məsələ burasındadır ki, biz həmin ölkələrə məhsul ixrac etdiyimiz halda müəyyən mənada uduzuruq. Yəni, bizim ixrac etdiyimiz məhsul ucuzlaşır, məzənnə fərqinə görə dəyər itirir. Həmin ölkələrdə insanların real gəlirləri aşağı düşür, alıcılıq qabiliyyəti azalır və bu da müəyyən əngəllər yaradır. Həm məzənnə efekti var, həm də bazarda alıcı məsələsi var”, - o əlavə edib.
Sədr qeyd edir ki, praktiki baxımdan qonşu ölkələrdə artan inflyasiya Azərbaycanda da inflyasiyanı stimullaşdırır.
"Dünya praktikasında ölkənin valyutası 3%-dən çox dəyər itirirsə, demək bu ölkədə inflyasiya problemi var. Azərbaycanda da bir neçə ildir ki, inflyasiya 2 rəqəmli olaraq davam edir. Deməli Azərbaycanda inflasiya problemi var. Qonşu ölkələrdəki inflyasiya Azərbaycan valyutasının da inflyasiyasını stimullaşdırır”, - Nəsirli deyib.
Onun sözlərinə görə, artan inflyasiyanın qarşısının alınması üçün Azərbaycanda ölkədaxili məhsul istehsalı artırılmalıdır.
"İnflyasiyanı həm xaricdən Azərbaycana təsirini azaltmaq, həm də daxili inflasiyanı stimullaşdıran məzənnə səbəblərini aradan qaldırmaq üçün ölkə daxilində mal istehsalı artmalıdır. Ölkənin daxili istehsalı çoxalmalıdır. Ərzaq məhsullarına görə, əsasən də kənd təsərrüfatı mənşəli ərzaq məhsullarına görə dünya idxalından asılı vəziyyətdəyik. Yerli tələbatın 50%-dən çoxunu idxal hesabına formalaşdırırıq. Bu da ölkədən valyuta axınına səbəb olur. İdxal olunan hər bir məhsul valyutaya alınır. Məsələn, il ərzində Azərbaycanda ərzaq idxalına təxminən 3 milyard dollar vəsait xərclənilib. Əgər biz 3 milyard dollarlıq məhsulu ölkə daxilində istehsal etsəydik, 3 milyard dollar ölkədən xaricə çıxmayacaq idi. Bu da manatın möhkəmlənməsinə gətirib çıxara bilər. Yəni xarici valyutaya tələbat azalacaqdı. Xarici valyutaya tələbatın azalması da milli valyutanın möhkəmlənməsinə səbəb olan əsas amillərdən birdir. Bizdən valyuta çıxışı çoxalanda bizim daxildə xarici valyutamız azalır. Hökumət məcbur qalır manatın məzənnəsini saxlamaqdan ötrü bazara 200-250- milyon dollar vəsait ayırır. Həmin vəsaitlər əsasən xaricdən məhsul idxalı üçün tələb olunan valyutanı qarşılayır. Bizim ən böyük problemimiz ölkə iqtisadiyyatının idxaldan asılılığdır. Biz bu aslılığı aşağı salsaq, ölkə daxilində inflasiya təzidi azalacaq”, - sədr vurğulayıb.
Ötən il noyabrın 3-də 1 türk lirəsinin qiyməti 0.0912, 2021-ci il noyabrın 3-də 1 türk lirəsinin qiyməti 0.2313, 2020-ci il noyabrın 3-də 1 türk lirəsi 0.2015 manat olub.
Türkiyə lirəsi Azərbaycan manatı qarşısında Son 12 ayda 34,3%, son 24 ayda isə 66% ucuzlaşıb.
©Anews
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay