ABŞ Rusiyadan 12, Özbəkistandan 1 şirkətə sanksiya tətbiq etdi
ABŞ Ticarət Nazirliyi 12 Rusiya və bir Özbəkistan şirkətinə qarşı ixrac məhdudiyyətləri tətbiq edib.
Valyuta.az xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrinin bildirişində deyilir.
ABŞ şirkətləri Rusiya ordusu üçün pilotsuz uçuş aparatları hazırlamaqda və almaqda ittiham ediblər. Bütün şirkətlər ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu tərəfindən qara siyahıya salınıb.
Siyahıya Rusiyanın "Alfakomponent", "BIC-Inform", "Aeroscan", OOO OMP, "Orelmetallpolimer", "Hartis DV", "ID Solution", "Spel", "STC Orion", "Windeq Texniki Mərkəzi", "Spetstehnotreyd", həmçinin "ZALA Aero Group" şirkətləri daxildir.
Siyahıdakı digər şirkət isə Özbəkistanın "Mvizion" şirkətidir.
"ABŞ hökuməti onların hərəkətlərinin ABŞ-ın milli təhlükəsizliyinin və ya xarici siyasətinin maraqlarına zidd olduğunu müəyyən edib", deyə mesajda bildirilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay