Taleh Kazımov: "Bankların ləğvetmə prosesinə nəzarətdə çatışmazlıqlar var"
"Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) ləğvetmə prosesinə biz nəzarət edirik. Səmimi deyim ki, ləğvetmə prosesinə nəzarətdə çatışmazlıqlar var. Hazırda Mərkəzi Bankın daxilində ƏSF ilə sıx işləyərək ləğvetmə prosesinə nəzarət edəcək komanda formalaşır".
Valyuta.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. O qeyd edib ki, ƏSF daha çox risk əsaslı təminatların təmin edilməsi yenilikləri üzərində çalışır.
Bankların ləğvetmə prosesində şəffaflıq və hesabatlılıqla bağlı iradlara gəlincə, AMB sədri əlavə edib ki, Mərkəzi Bank səlahiyyətləri çərçivəsində ƏSF-də bankların ləğvetmə prosesində şəffaflığın təmin edilməsini izləyir: “Bizim səlahiyyətimiz nəyə çatırsa, onu izləyirik. ƏSF-nin Himayəçilər Şurasında həmçinin, bizim komandamız var və nəzarət edirik. Nəzarətimiz hesabatlar üzərində keçirilir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay