Uçot dərəcəsinin azalması kredit faizlərinə necə təsir edir?
“Uçot dərəcələri dünya istisadiyyatında, əsasən də bank sistemlərində xüsusi çəkiyə malikdir”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadi ekspert Fuad İbrahimov deyib. Onun sözlərinə görə, bu alət vasitəsi ilə uçot dərəcələri inflyasiya dövründə hər zaman artırılır:
“Uçot dərəcələri artırılanda iqtisadiyyatın sıxılması baş verir. Sıxılma zamanı da pul kütləsi azalır. Uçot dərəcələrinin azaldılması biznes mühitini, ticarət dövriyyəsini, iqtisadiyyatı stimullaşdırır, yəni artımına səbəb olur. Bu kimi təsirlər isə Azərbaycan iqtisadiyyatında mövcud deyil”.
Fuad İbrahimovun fikrincə, uçot dərəcəsi bankların kredit faizinə müsbət təsir edən amildir:
“Düzdür, biz onu da görə bilmirik ki, banklar dərhal ona reaksiya versin. Hər bir halda uçot dərəcəsi bu təsirlərə malik alətdir. Dünyada uçot dərəcəsinin azaldılıb-artırılması Azərbaycan iqtisadiyyatında ciddi rol oynamır”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay