Dünya
02.11.2023 / 09:23
Aİ Rusiyadan qaz idxalını azaltmağı planlaşdırır
35721
Avropa İttifaqı ölkələri Rusiya təbii qazının idxalını 40-45 milyard kubmetrə endirmək niyyətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə ABŞ-Aİ işçi qrupunun enerji təhlükəsizliyi üzrə növbəti görüşünün yekunları üzrə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
“Aİ kömür idxalını mərhələli şəkildə dayandırmaqla, neft idxalını 90% azaltmaqla və [təbii] qaz idxalını 2021-ci ildəki 155 milyard kubmetrdən 2022-ci ildə təxminən 80 milyard kubmetrə endirməklə, Rusiyanın qalıq yanacaqlarından asılılığını əhəmiyyətli dərəcədə azaldıb. Gözlənildiyi kimi, 2023-cü ildə idxal 40-45 milyard kubmetrə qədər azalacaq”, - sənəddə deyilir.
©APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay