Bank
01.11.2023 / 17:20
“Günay Bank” və “Muğan Bank” niyə bağlandılar? - Taleh Kazımov açıqladı
35704
“Bankların hesabatlılığı düzgün aparılmadığı üçün bağlandılar”.
Valyuta.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunan mətbuat konfransı zamanı AMB sədri Taleh Kazımov deyib.
Sədr maliyyə problemi olduğunu qeyd edib:
“Yoxlamalar zamanı hər iki bankda - “Günay Bank” və “Muğan Bank”da hesabatlılığın düzgün aparılmadığı aşkarlandı. Məhz bu səbəbdən də bağlandı.
Biz yerində nəzarət etdik. Kapital çatışmazlığı aşkarlandı. Buna görə həmin bankların lisenziyasını ləğv etdik”.
T.Kazımov sonda məqsədli şəkildə bu məsələ ilə bağlı qalmaqal yaradıldığını əlavə edib.
© Oxu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay