Türkiyə 2024-cü ildə qaz mərkəzini işə sala bilər
Türkiyə 2024-cü ildə öz ərazisində qaz mərkəzini işə salmağa ümid edir.
Valyuta.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.
"Biz qaz qovşağının yaradılmasından danışırıq. Düşünürəm ki, biz bu təşəbbüsü 2024-cü ilə qədər başa çatdıra bilərik”, deyə nazir Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda bildirib.
Onun sözlərinə görə, Türkiyə tərəfi hazırda bu layihəni “Qazprom”la müzakirə edir. Gündəlikdə elektron platformanın yaradılması var. Bayraktar qeyd edib ki, bu proses çox vaxt aparmayacaq, mexanizmin yaradılması bir il çəkə bilər.
Gələcək perspektivlərə gəlincə, o, İstanbul Maliyyə Mərkəzi layihəsində iştirak imkanının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib. Nazirin sözlərinə görə, bu, enerji ticarətinin, eləcə də mineral ehtiyatların ticarətinin səriştələrinin inkişafına kömək edəcək.
Oktyabrın sonunda Türkiyə Rusiyanın iştirakı ilə qaz qovşağının tikintisinə başlama tarixini açıqlayıb. Türkiyəli diplomatik mənbənin bildirdiyinə görə, artıq Türkiyənin Energetika Nazirliyi ilə “Qazprom” arasında layihənin yol xəritəsinin razılaşdırılması və imzalanması üçün razılıq əldə olunub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay